Xalçaların kənarlarının bərpası xidməti sizin üçün yalnız maddi deyil, həmdə mənəvi dəyəri olan xalçalarınızın ömrünü uzatmağa imkan verir.
Evimizdəki xalçaları bizim üçün əvəzsiz edən əsas faktorlardan biri onların uzun ömürlü olmasıdır. Yaxşı xalçanın ömrü bəzən orta insan ümründən belə çox olur. Bu isə xalçaların bizim üçün həmdə bir xatirəyə çevrilməsinə səbəb olur. Lakin xalçalar da digər əşyalar kimi illər keçdikcə erroziyaya uğrayır, köhnəlir. Uzun müddət istifadə olunan xalçalarda artıq sökülmə, cırılma və didilmələr müşahidə olunmağa başlayır. Bu xalçaların sahib olduqları dəyəri isə onların yenisi ilə əvəz olunmağını deyil, məhz bərpa olunmağını gərəkli edir.
Xalçaların kənarlarının bərpası bu istəyinizi gerçəkləşdirmək üçün əvəzsiz bir xidmətdir. Əgər siz evinizdə olan xalçaların bərpasını istəyirsinizsə bizə müraciət edin. Biz sizin xalçanın sahib olduğu özəlliklərinə, materialına və rənginə görə overlok bərpasını həyata keçirdirik. Didilmiş və korlanmış hissələr kəsilərək ləğv edilir. Overlok maşını ilə kənarlar xalçanızın rənginə uyğun toxunaraq ütülənir. Nəticə gözlədiyinizdəndə yaxşı olacaq. İllərin təcrübəsi bizə bu əminliyi verir. Buyurun müraciət edin, keyfiyyətə zəmanət veririk.


Xalça Yuma
Xalçalar evimizdə rahatlıq və istilik mənbəyi hesab olunur və demək olar ki,hər bir evdə vardır.

Yumşaq mebellərin və matrasların yuyulması
Yumşaq mebellərin yuyulması özlüyündə o qədərdə sadə bir proses olmayıb,xüsusi vasitələrdən istifadəni gərəkli edir.

Pərdələrin, jalüzlərin və stulların yuyulması
Pərdə həm funksionallığına görə,həm də interyer dizayn elementi kimi əvəzsiz bir önəmə sahibdir.

Yun, Yorğan və Döşəklərin Yuyulması
Yun yorğan və döşək hər bir azərbaycanlı ailəsində mütləq vardır.Yundan yorğan döşək salınması tarix boyu bizim insanların…

Adyalların yuyulması və yataq örtüklərinin yuyulması
Şirkətimiz tərəfindən siz dəyərli müştərilərə təklif olunan digər xidmətlərlə yanaşı sintifon yorğan-döşək, yastıq, odeal, pled…

Xalçaların kənarlarının bərpası
Xalçaların bərpası və overloklanması xidməti sizin üçün yalnız maddi deyil, həmdə mənəvi dəyəri olan xalçalarınızın ömrünü…